
"Sabah"ın yarımmüdafiəçisi Kristian Da Silva Sportinfo.az-a açıqlama verib.
34 yaşlı braziliyalı legioner ilk olaraq "Kəpəz" üzərində qazanılan qələbədən (2:0) danışıb:
"Rəqib yaxşı komanda idi. Çətin oyun olacağını bilirdik.
Gözlədiyimiz kimi də oldu. Süni örtükdə oynamağımız da əlavə çətinlik yaradırdı.
Matçda çox istəkli idik. Oyuna yaxşı başladıq və erkən qollar vurduq.
Qarşılaşmanın sonuna kimi hesabdakı üstünlüyümüzü qoruya bildik. Bizim üçün vacib qələbə idi".
XANOĞLAN