COP29

Namik Ələskərovla bağlı “200” XƏBƏRi

28 Noyabr 2023 02:00 Sabah 483
Namik Ələskərovla bağlı “200” XƏBƏRi

“Sabah”ın futbolçusu Namik Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

“Sportinfo.az xəbər verir ki, onun yubileyi Premyer Liqanın XIV turuna təsadüf edib.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ”la ev matçına start heyətində çıxıb. O, 200 qarşılaşmada 38 qola imza atıb.

Namik Premyer Liqada 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edib.

Yarımmüdafiəçi paytaxtın eyniadlı klubunda 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 105 (29 qol), “Sabah”da 36 (3 qol) oyunda iştirak edib.

Namik Ələskərov Azərbaycan çempionatları tarixində 200 və daha çox görüşə çıxan 148-ci futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!