Bunu "Sabah" etdi - Azərbaycanda 14 ildən sonra

15 Avqust 2022 13:20 Sabah 905
Bunu "Sabah" etdi - Azərbaycanda 14 ildən sonra

"Sabah" Azərbaycan Premyer Liqasında 14 mövsümdən sonra rekordu təkrarlayıb.

Sportinfo,az xəbər verir ki, çempionatın lideri hər iki oyunda 3 qol vurmaqla buna nail olub.

Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub.

Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/2009 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.

Ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!