İlk rəsmi oyun, ilk qələbə, ilk qol...

8 Avqust 2022 22:30 Sabah 740
İlk rəsmi oyun, ilk qələbə, ilk qol...

Misli Premyer Liqasında 2022/23-cü illər mövsümünə start verilib. “Sabah” açılış turunda evdə “Sumqayıt”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüş Masazır təmsilçisində bir neçə futbol üçün əlamətdar olub.

Belə ki, yeni transferlər – Abdulaye Ba, Con İrasabal, Tellur Mütəllimov, Namik Ələskərov, Anatoli Nuriyev, Emmanuel Apeh və Davit Volkov “Sabah”da ilk rəsmi oyunlarını keçiriblər. Anatoli həm də komandanın heyətində ilk rəsmi matçında ilk qoluna imza atıb.

Kristian Sebalyosun matçda son nöqtəni qoyduğu qol isə Premyer Liqa tarixinin yubiley – 13000-ci qolu olub.

Digər Xəbərlər
Xəbər Lenti