Azərbaycan klubu Türkiyə, Avstriya və Bolqarıstan variantlarından son seçimini etdi

22 İyun 2022 22:20 Sabah 3 562
Azərbaycan klubu Türkiyə, Avstriya və Bolqarıstan variantlarından son seçimini etdi

Transfer çalışmalarında fəallıq göstərən “Sabah” yeni mövsümün hazırlıqlarına hələ start verməyib.

Komanda əvvəlcədən məlumat verdiyi kimi, bu ayın 26-sı Bakıda bir araya gələcək.

Toplanışın ilk mərhələsi 3 həftə çəkəcək və Bakıda baş tutacaq.

Masazır təmsilçisi yalnız bundan sonra ölkə xaricinə yollanacaq. Murad Musayevli “Sabah”ın gedəcəyi ölkənin adına da böyük ölçüdə aydınlıq gəlib.

Türkiyə, Avstriya və Bolqarıstan kimi namizəd ölklər arasından seçim edilib. Bir neçə gündü davam edən müzakirələrin sonunda hazırlığın Bolqarıstanda keçirilməsi qərara alınıb.

Son anda yeni qərar verilməsə, “Sabah” yay toplanışının ikinci mərhələsi üçün adıçəkilən ölkəyə üz tutacaq.

Yoldaşlıq görüşləri ilə bağlı isə danışıqlar hələ davam etdirilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"