"Çoxdandır bunu gözləyirdim" - "Sabah"dan

23 Oktyabr 2021 19:10 Sabah 739
"Çoxdandır bunu gözləyirdim" - "Sabah"dan

"Oyun haqda çox danışmaq istəmirəm. Komandam sona qədər mübarizə apardı. Rəqib oyunun ilk dəqiqələrində azlıqda qaldı. Qələbə xoş oldu. Çoxdandır bunu gözləyirdim".

Sportinfo.a xəbər verir ki, bu sözləri Sabah”ın məşqçisi İlkin Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Hazırlıq planı həftənin əvvəlində Ramin Quliyevin göstərişləri üzrə hazırlanmışdı. İki gün əvvəl komandadan ayrıldı, biz işimizə davam etdik, komandanı oyuna hazırladıq - deyə o bildirib.

İ.Hüseynov klubun idman direktoru İqor Ponomaryovun texniki zonada yer almasının səbəbini də açıqlayıb: "Ponomaryov komandanın bütün futbolçularını tanıyır və təcrübəlidir. Burada hamı bir yerdə çalışır".

Digər Xəbərlər
Xəbər Lenti