"Götür-qoy edib, qərar verəcəm və bunu ilk olaraq mən xəbər edəcəm!"

11 May 2021 12:40 Sabah 869
"Götür-qoy edib, qərar verəcəm və bunu ilk olaraq mən xəbər edəcəm!"

Adı "Neftçi" ilə hallanan "Sabah"ın yarımmüdaffiəçisi Təmkin Xəlilzadə transfer dedi-qodusuna münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bu mövsüm keçirdiyi 15 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edən 27 yaşlı cinah futbolçusu mövsümün sonunadək "Sabah"ın oyunlarına kökləndiyini bildirib:

"Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda "Sabah" ilə davam edən müqaviləm var.

Bu səbəbdən hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə, üzvü olduğum klubun oyunlarına köklənmişəm.

Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm!"

Digər Xəbərlər
Xəbər Lenti