"Bu duruma özüm də çox üzülürəm" - "Sabah"dan

5 Aprel 2021 20:20 Sabah 948
"Bu duruma özüm də çox üzülürəm" -

Bəxtiyar Həsənalizadə qış fasiləsində "Sabah"a transfer olunsa da Visente Qomes ilk gündən futbolçuya əsas heyətdə şans verməyə başladı. İnsafən uzun müddət futbolsuz qalan müdafiəçi səhvsiz çıxışı ilə Qomesin ümidlərini doğrulda bildi.

Qomesin istefasından sonra "Sabah" müvəqqəti olaraq Ramin Quliyevə tapşırıldı. Gənc mütəxəssisin "Sabah"da ilk oyunu "Sumqayıt"la oyuna təsadüf etdi. Quliyev də ilk oyunundaca Həsənalizadəyə əsas heyətdə şans verdi. Amma dünən Premyer Liqanın 21-ci turu çərçivəsində "Qəbələ" ilə baş tutan oyunda təcrübəli müdafiəçini ümumiyyətlə nə əsas, nə də ehtiyat heyətdə görmədik.

Bunun səbəbini futbolçu özü Sportinfo.az-a açıqlayıb: "Martın 31-dən komandanın məşqlərindən kənardayam. Buna səbəb kiçik zədə almağımdır. 6 ay futbolsuz qalmağım öz təsirini müəyyən məqamlarda göstərir. Məşqlərdən əlavə də çalışıb yaxşı forma yığmağa çalışıram. Amma bu da əzələmdə müəyyən problemlərə yol açır. Şükürlər olsun indi yaxşıyam. Nəsə gözlənilməz hal yaşanmasa 2-3 günə komanda ilə məşqlərə qoşulacam. Komandadan uzaq düşdüyüm üçün özüm də çox üzülürəm. Çempionatın ən çətin dönəminə çatmışıq. İnşallah tezliklə komandamın yanında olub, əlimdən gələn köməyi etməyə çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var