"Bu, klubdaxili məsələdir, məlumat verə bilmərəm"

27 Yanvar 2021 17:40 Sabah 770
"Bu, klubdaxili məsələdir, məlumat verə bilmərəm"

"Klub rəhbərliyi ilə baş məşqçi arasında görüş komandanın hansı nəticə göstərməsindən asılı olmayaraq, mütəmadi şəkildə, həmişə baş tutur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat katibi Elnur Həmidov deyib.

Masazır təmsilçisi ölkə kubokunda mübarizəni erkən dayandırdı. 1/8 final mərhələsində "Kəpəz"i qəbul edən kollektiv 1:2 hesabıyla uduzdu.

Görəsən, idarəçilər bu nəticəyə görə hansı addımlar atacaq? Gözlənilməz yenilgi Visente Qomezin baş məşqçi postundan uzaqlaşlırılmasına gətirib çıxara bilərmi? Yaxud ispaniyalı çalışdırıcı və futbolçular cəriməyə məruz qalacaqmı?

E.Həmidovun cavabı belə oldu: "Bu görüşlərdə komandanın son vəziyyəti barədə fikir mübadiləsi aparılır.

O ki qaldı sırf "Kəpəz"lə oyunla bağlı toplantının olub-olmamasına və ya hər hansı tədbirin görülməsinə, klubdaxili məsələ olduğuna görə bu barədə məlumat verə bilmərəm".

Digər Xəbərlər
Xəbər Lenti