Azərbaycanda çempionat ləğv olunur? - REAKSİYA

5 Dekabr 2020 12:40 Region Liqası 1 515
Azərbaycanda çempionat ləğv olunur? - REAKSİYA

Sportinfo.az xəbər verir ki, pandemiya səbəbindən 2020/21 “futbol ili”ndə AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarında və Region Liqasında yeni mövsüm start götürməyib.

Assosiasiyanın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev sentyabrda verdiyi açıqlamada yarışların oktyabrda başlayacağını bildirsə də, artıq təqvimdə dekabr olmasına baxmayaraq, hələ ki bu yöndə heç bir səs-soraq yoxdur.

Söylənilənlərə inansaq, AFFA COVID-19 səbəbindən, ümumiyyətlə, bu il müxrəlif yaş qrupu üzrə liqaların və Region Liqasının keçirilməsində maraqlı deyil.

Vəliyevin söylənilənlərə reaksiyası ilə tanış olun: “Ölkədəki mövcud durumu nəzərə alıb, müxtəlif yaş qrupları üzrə yarışların hələ ki təxirə salınmasını məqsədəuyğun sayırıq.

Bildiyiniz kimi, sərt karantin rejimi dekabrın 28-dək uzadılıb. Təhsil Nazirliyi isə dekabrın 30-dək distant təhsilin davam etməsinə qərar verib.

Son günlər COVID-19-a yoluxma sayının da artdığı müşahidə olunur. Belə olan halda, riskə getməmək lazımdır.

Fikrimcə, liqalara 2021-in fevralında start verilə bilər. Onda da durumu nəzərə alandan sonra qərar qəbul olunacaq. Region Liqasına gəlincə, burada da eyni vəziyyətdir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı