Region klubu şəhid ailəsinə sahib çıxdı - FOTO

1 Dekabr 2020 11:20 Region Liqası 854
Region klubu şəhid ailəsinə sahib çıxdı - FOTO

"Könüllü Yardım Fondu" torpaqlarımızın azad edilməsi uğrunda aparılan döyüşlərdə şəhid olan Cəfərov Sübhan Mehman oğlunun Ağsu rayonunda yaşayan ailəsinə yardım göndərib.

Zəruri ehtiyaclar arasında paltaryuyan maşın və qida məhsulları yer alıb.

Sportinfo.az xəbər verir ki, yardımlar "Ağsu Siti" İdman Klubunun vasitəsilə şəhidin ailəsinə çatdırılıb. Klub üzvləri ailəni ziyarət edərək, başsağlığı verib və onların yanında olduqlarını bildirib.

Söhbət zamanı məlum olub ki, Sübhan Cəfərovun şəhid olması xəbərini eşidən anası infarkt keçirib və hazırda müalicə alır, atası isə yerimə qabiliyyətini itirib.

Əsgərin atasının ona əlil arabası alınması üçün etdiyi müraciət dərhal "Könüllü Yardım Fondu"na çatdırılıb. Fonddan bildirilib ki, yaxın günlərdə araba alınaraq şəhidimizin atasına göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti