AFFA-nın Cəbrayılda yaradacağı klub haqda: "Mənə təklif gəlməyib"

10 Noyabr 2020 20:00 Region Liqası 1 382
AFFA-nın Cəbrayılda yaradacağı klub haqda: "Mənə təklif gəlməyib"

«Mən bu ideyanı çox bəyəndim və düşünürəm ki, doğma torpaqlarına qayıdacaq insanlarda ruh yüksəkliyini bir qədər də artıracaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Cəbrayıldan olan tanınmış futbol adamıı Səbuhi Səfiyarlı deyib.

Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən, Region Liqası turnirində mübarizə aparacaq.

Federasiyanın yeni qərarını dəstəkləyən Səfiyarlı doğma rayonunun ölkənin futbol səhnəsinə dönüşünün müsbət addım olduğunu bildirib.

O, yeni yaradılacaq klubda çalışmaqla bağlı hələlik heç bir təklif almadığını, bununla belə, dəvət gələrsə, böyük məmuniyyət hissi ilə onlara yardımçı olaxağını söyləyib:

«İşğaldan qurtarılan rayonlarda infrastrukturun bərpası, həyatın normal axarına dönməsi vaxt alan işdir. Yəqin ki, bütün bu məsələlər mərhələ-mərhələ həyata keçiriləcək.

Bu üzdən futbol Qrabağ bölgəsində yaşayacaq əhali üçün əlamətdar hadisə olacaq. Futbol insanları bir yerə yığan, onları sevindirən idman növü olmaqla yanaşı, mühüm sosial layihədir.

AFFA-nın həyata keçirməyə hazırlaşdığı layihəyə məhz bu aspektdən yanaşıram. Açığı, hələ mənə heç bir təklif gəlməyib. Futbol aləmində Cəbrayıldan olan xeyli sayda adam var.

Bu rayondan futbol klubu yaradan iş adamı da çıxıb, funksioner və futbolçu da. Təklif gələrsə, köməkliyimi əsirgəmərəm.AFFA rayonlarda komanda yaratmaq istədiyini rəsmən açıqlayıbsa, yəqin ki, artıq buna kimi nə edəcəklərini də müəyyənləşdirblər».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"