AFFA Region Liqası ilə bağlı QƏRARINI DƏYİŞDİRDİ

2 Noyabr 2020 20:00 Region Liqası 1 094
AFFA Region Liqası ilə bağlı QƏRARINI DƏYİŞDİRDİ

AFFA Region Liqasında yeni mövsümün startını qeyri-müəyyən müddətədək təxirə salıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev bildirib:

“Sözügedən liqada əsasən bölgə təmsilçiləri çıxış edirlər. Bu üzdən yarışda liqada mübarizə aparan komandaların oyunlarına azarkeş marağı böyük olur.

Bundan başqa, liqada çıxış edən futbolçular peşəkar status daşımadıqlarından başqa işlərdə də çalışırlar. Belə məqamları nəzərə alıb, Region Liqasının da startını qeyri-müəyyən müddətə təxirə salmışıq.

Ancaq onu da bildirim ki, istənilən halda Region Liqasında 2020/21 mövsümü keçiriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu