Federasiya prezidenti öz komandasını çempionata buraxır

31 Oktyabr 2020 10:52 Region Liqası 651
Federasiya prezidenti öz komandasını çempionata buraxır

İskəndər Cavadov adına Bakı Futbol Akademiyası (BFA) yeni mövsümdən Region Liqasında iştirak edəcək.

Dörd ildən artıqdır fəaliyyət göstərən akademiya çempionatın Paytaxt-Şimal zonasında mübarizə aparacaq.

BFA buna kimi AFFA-nın keçirdiyi müxtəlif yaş qrupları üzrə liqalarda qüvvəsini sınayıb. Akademiyanın nəzdində 5 yaş qrupu üzrə komanda formalaşdırılıb.

Hazırda burada 100-ə yaxın uşaq və yeniyetmə futbolun sirlərini öyrənir.

BFA-nın Region Liqasına üz tutması təsadüfi deyil. Cavadovun özü Regional Federasiyanın prezidentidir. Akademiya rəhbərliyi artıq iştirak üçün tələb olunan sənədləri AFFA-ya təqdim edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti