18 komandanın yeni mövsümdə çıxış edəcəyi bilinddi - 12-si gözləyir

19 Oktyabr 2020 12:16 Region Liqası 1 225
18 komandanın yeni mövsümdə çıxış edəcəyi bilinddi - 12-si gözləyir

Ötən il olduğu kimi, yeni mövsümdə də Region Liqasında çıxış etmək istəyən komandalrın sayı 30-dan çoxdur.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev bildirib.

Onun dediyinə görə, qeydiyyat prosesi davam edib və bəzi komandaların nümayəndələri ilə görüşərək müzakirələr aparıb.

”Artıq 18 komandanın qeydiyyatı başa çatıb. Onların hamısı lazımi sənədləri bizə təqdim ediblər. Böyük ehtimalla, yaxın bir həftədə qalan iştirakçıların da adları məlum olacaq.

Demək olar ki, hər zonada yeni komandalar olacaq. Bakı zonasında isə onların sayı daha çoxdur. Təbii ki, liqaya yeni qoşulmaq istəyənlərə qarşı tələblərimiz daha ciddidir.

Hər birindən zəmanət məktubu alınır və alınacaq. Bu olmadan heç bir kollektivi yarışa buraxmayacağıq.

Bu məktub həmin bölgənin İcra Hakimiyyəti və ya hansısa şirkət tərəfindən təqdim olunmalıdır. Yenə təkrar edirəm, artıq 18 komandanın 2020/21 “futbol ili”ndə Region Liqasında çıxış edəcəyi dəqiqləşib”.

Digər Xəbərlər
Xəbər Lenti