Region Liqasında iştirak etmək istəyən komandalar

13 Oktyabr 2020 12:02 Region Liqası 1 291
Region Liqasında iştirak etmək istəyən komandalar

Sentyabrın 15-dən etibarən yeni mövsümdə Region Liqasında iştirak etmək istəyən komandaların qeydiyyatı başlayıb.

Sportinfo.az xəbər verir ki, çempionatda mübarizə aparmaq istəyən yeni kollektivlər var.

Ancaq AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev bildirib ki, internetlə bağlı yaşanan problem burada da özünü göstərir və sənədləşmə məsələsində müəyyən gecikmələr olur.

Buna baxmayaraq, işlər istənilən səviyyədə gedir: ”Region Liqasını oktyabrın 24-də başlamağı planlaşdırmışıq. Bu məsələ də ölkədəki vəziyyətdən asılı olacaq.

Hər şey qaydasında olarsa, əvvəlcədən planlaşdırdığımız tarixdə ilk tur oynanılacaq. Amma ola bilər ki, burada da start bir həftə ertələnsin. Belə olacağı halda, oktyabrın son həftəsində liqada yeni mövsüm başlayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti