"Düzünü deyim ki, hələ də harada olduğumu dərk edə bilmirəm”

7 Oktyabr 2020 12:30 Region Liqası 720
"Düzünü deyim ki, hələ də harada olduğumu dərk edə bilmirəm”

“Düzünü deyim ki, hələ də harada olduğumu dərk edə bilmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro millisinin futbolçusu Saleta Kordiç deyib.

İlk dəfə yığmaya çağırılan 27 yaşlı hücumçu Latviya, Azərbaycan və Lüksemburqla qarşılaşmaların hazırlıqlarında iştirak edir.

“Milliyə dəvət mənim üçün irəli addım və böyük təcrübədir. Çox məmnunam. Şadam ki, klubdakı oyunlar məni bura gətirib.

Bütün bacarığımı ortaya qoymağa hazıram. Özümü yaxşı tərəfdən göstərməyə və yığmanın yaxşı nəticələr qazanmasına kömək etməyə hazıram”.

Monteneqro yığması oktyabrın 7-də Latviya, 10-da Azərbaycan, 13-də Lüksemburqla görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti