"Federasiyanın pulu yoxdur, 7-8 komanda saxlamağa imkanı çatmır"

20 Yanvar 11:20 Region Liqası 1 354
"Federasiyanın pulu yoxdur, 7-8 komanda saxlamağa imkanı çatmır"

Naxçıvanın Region Liqasından kənarda qalmasının səbəbi bilinib.

Yerli futbol federasiyasından redaksiyamıza daxil olan məlumata görə, Muxtar Respublikanın builki çempionatda iştirak etməməsi maliyyə çatışmazlığı ilə əlaqədardır.

Belə ki, öncədən 7-8 komandadan ibarət zona yarışının təşkili nəzərdə tutulsa da, qurum bunun üçün lazımı qədər vəsait tapmayıb. Keçən illərdə bu xərcləri müəyyən şirkətlər qarşılasa da, indi əlini daşın altına qoyan tapılmayıb:

«Əvvəl Naxçıvan çempionatında mübarizə aparan komandalara müəyyən bir büdcə ayrılırdı. Düzdür, ayrılan vəsait o qədər də çox deyildi, ancaq çempionatı başa vurmağa kifayət edirdi.

Ali Məclisdən gələn tapşırıq əsasında bu işlər görülürdü. Bu gün vəziyyət fərqlidir.

Rayonların özləri daxili imkanlar hesabına komanda saxlaya bilmir. Federasiyanın isə yeddi-səkkiz komanda formalaşdırmağa imkanı çatmır».

Region Liqasının əsasnaməsinə görə, MR təmsilçiləri yarışın final mərhələsinə birbaşa vəsiqə qazanırdı. Zona turnirində birinci yeri tutan yarımfinaldan etibarən medallar uğrunda mübarizəyə qoşulurdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 23:35 Çək və bizə göndər!