Vüqar Nadirovdan məşqçi kimi ideal debüt, komandasından əla təşkilatçılıq - VİDEO

27 Noyabr 2023 21:20 Region Liqası 3 721
Vüqar Nadirovdan məşqçi kimi ideal debüt, komandasından əla təşkilatçılıq - VİDEO

Region Liqasında yeni mövsümə start verilib.

Çempionatın açılış oyununda Vüqar Nadirovun baş məşqçisi olduğu “Hypers” İsgəndər Cavadov Bakı Futbol Akademiyasının qonağı olub.

Abşeron Olimpia İdman Kompleksində baş tutan qarşılaşmada “Hypers” rəqibi üzərində parlaq qələbə qazanıb.

Oyundan əvvəl sözügedən stadionda möhtəşəm açılış mərasimi baş tutub, “hiperlər”in marşı səsləndirilib.

Kompleksə təşrif buyuran azarkeşlərə qida və meyvə şirələri təklif olunub. Bundan başqa, hər bir futbolsevərə “Hypers”in şərfi paylanıb.

Region Liqasında debüt etməsinə baxmayaraq, “sarı-qaralar”ın məqsədi çempion olub İkinci Liqaya yüksəlmək, həmçinin, ölkəmizi UEFA Region Kubokunda təmsil etməkdir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti