“Xəzər Lənkəran” da iddiasını ortaya qoydu

22 Mart 2023 18:00 Region Liqası 3 236
“Xəzər Lənkəran” da iddiasını ortaya qoydu

“Xəzər Lənkəran 42” növbəti mövsüm I Divizionda mübarizə aparmaq iddiasındadır.

Yeni yaranan və cənub zonasında mübarizə aparan “ağ-yaşıllar” bu məqsədlə AFFA-ya müraciət ünvanlayıb.

Zona yarışında qrup lideri olan komanda federasiyanın bütün tələblərini yerinə yetirmək gücündə olduğunu bildirib.

Ümumiyyətlə, bu mövsüm Region Liqasının iştirakçısı olan 10 komanda AFFA ilə təmasa keçib.

Yarımhəvəskar turnirin iştirakçıları I Divizionda yarışmaq iddiasını ortaya qoyub.

Federasiyanın gələn sezon birinci dəstədə mübarizə aparacaq kollektivlərə 300 min manat yardım ayıracağını eşidən Region Liqasının mənsubları əməlli-başlı əl-ayağa düşüb.

Premyer Liqanını əvəzedici heyətləri I Divizionun tərkibindən çıxacaq. Gələn «futbol ili»dən etibarən onların çempionatı yenidən bərpa olunacaq.

Belədə «dublyorlar»ın yerini Region Liqasının 4 nümayəndəsi tutacaq. AFFA I Divizionda maksimum 10 komandanın yarışacağı barədə qərarını bir müddət əvvəl açıqlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı