Futbol üçün Bakıya axışdılar, "Cəbrayıl" finala qaldı

15 May 2022 01:00 Region Liqası 1 011
Futbol üçün Bakıya axışdılar, "Cəbrayıl" finala qaldı

Region Liqasının ilk yarımfinal oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Cəbrayıl" "ASK Arena"da "Qusar"la qarşılaşıb.

Əsasən cəbrayıllı və qusarlılardan ibarət 3000-dən artıq tamaşaçının izlədiyi mücadilə Cəbrayıl təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Oyunda hesabı 29-cu dəqiqədə "Qusar" açıb. Elşad Baləhmədov penaltidən fərqlənib. 45-ci dəqiqə də "Qusar" avtoqola imza atıb.

Son nöqtəni 98-ci dəqiqədə Tural Qürbətov qoyub. Bununla da, Cavid Hüseynovun prezidenti və baş məşqçisi olduğu "Cəbrayıl" adını finala yazdırıb.

Digər yarımfinal matçı mayın 16.00-da "Xan Lənkəran" və "Araz Naxçıvan" arasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!