“Xan Lənkəran” nazirdən dəstək istəyir

2 May 2022 13:00 Region Liqası 1 243
“Xan Lənkəran” nazirdən dəstək istəyir

AFFA tərəfindən növbəti mövsüm I Divizionda iştirakına icazə verilməyən «Xan Lənkəran» rəhbərliyi Gənclər və İdman Nazirliyinə (GİN) müraciət etməyə hazırlaşır.

Hazırda Region Liqasında mübarizə aparan klubun təmsilçiləri nazir Fərid Qayıbovla görüşmək niyyətindədir.

Cənublu nümayəndələr GİN başçısının məsələni nəzarətə götürməsini və araşdırmasını istəyir.

Prosedur qaydalarına görə istəyi baş tutmayan “Xan Lənkəran” artıq ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Klubun təsisçisi Dəyanət Ağayevin adından ünvanlanan məktubda prezidentdən yardım istənilib.

Məktubun surəti Gənclər və İdman naziri Fərid Qayıbova, AFFA prezidenti Rövnəq Abdullayevə və PFL rəhbəri Ramin Musayevə göndərilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti