Region Liqasında bu il neçə komanda çıxış edəcək?

16 Fevral 2021 14:20 Region Liqası 1 160
Region Liqasında bu il neçə komanda çıxış edəcək?

«Hazırda onun müzakirəsi gedir, biz istəyirik ki, Region Liqası başlasın».

Sportinfo.az xəbər verir ki, bu açıqlama ilə AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev çıxış edib.

Artıq 1 ilə yaxındır ki, AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif aşağı yaş qrupu üzrə çempionatlar,

Region Liqası pandemiya səbəbindən keçirilmir. Ancaq bugünlərdə yoluxma sayında ciddi azalma olduğundan Operativ Qərargah müəyyən yumşalmalara gedib.

Hətta fevralın 1-dən Təhsil Nazirliyi ibtidai siniflərdə əyani təhsilə icazə verib. Fevralın 15-dən isə yuxarı sinif şagirdləri də sinif otaqlarında dərs keçi.

Bəs görəsən, bütün bunların fonunda AFFA liqalarda yarış təşkil edəcək, Region Liqası komandaları mövsümə başlayacaq? Assosiasiya rəsmisi bildirib ki, indi sadəcə, zamanla bağlı suallar var:

"Düşünürəm ki, yaxın 3-4 gün ərzində bütün qaranlıq məqamlara aydınlıq gələcək. Region Liqasında qeydiyyat başa çatmışdı, ancaq əvvəlcə pandemiya, sonra isə Vətən müharibəsi səbəbindən yarış təxirə salındığından qeydiyyatın vaxtını uzatdıq.

Region Liqasına qatılmaq istəyən komandalara əlavə vaxt verdik ki, sənədlərini qaydaya salıb qeydiyyatdan keçsinlər.

Bundan başqa, komandaların yeni transfer etmələrinə də şərait yaratdıq. İstəmədik ki, kimlərəsə bürokratik əngəllər yaradaq.

Belə deyək, liqa start götürənə kimi iştirakçılara yeni mövsümə istənilən səviyyədə hazırlaşmaq fürsəti yaratdıq. İndiki vəziyyətdə say deməyim doğru olmaz.

Komandalar qeydiyyatdan keçməklə yanaşı, tələblərimizə də cavab verməlidilər. Eləsi var, bunu edib.

Eləsi də var ki, tələblərimizi yerinə yetirəcəklərinə söz veriblər. Bu üzdən indidən say açıqlamaq istəmirəm. Fikrimcə, yaxın bir həftə, 10 gündə yekun sayı elan edəcəyik.

Çempionat gec başlayacağından yəqin əvvəlki illərlə müqayisədə yarışın formatında dəyişiklik olacaq. İyunda Bakıda Avropa çempionatının final mərhələsinin oyunları keçiriləcəyindən bütün yarışlar maya kimi başa çatmalıdır.

Hazırda bu məsələ də müzakirə olunur. Eyni formatı saxlayıb dövrələrin sayını azaltmaq və ya ümumiyyətlə, formatı dəyişmək barədə düşnünürük. İndi hazırlıq mərhələsidir".

Digər Xəbərlər
Xəbər Lenti