"Maliyyə qoyan insanlar gördülər ki..." - Bölgə klubunun dağılma səbəbi

18 Yanvar 2021 17:40 Region Liqası 1 188
"Maliyyə qoyan insanlar gördülər ki..." - Bölgə klubunun dağılma səbəbi

"Şamaxı" komandasının dağılması həqiqətdir.

Demək olar ki, 1 ildir fəaliyyət göstərmir. Keçən il pandemiya başlayandan komanda da fəaliyyətini dayandırıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi olmuş Kənan Kərimov deyib.

Gənc məşqçi belə qərarın verilməsində Region Liqasında heç bir hədəfin olmamasının əsas rol oynadığını düşünür: "Ümid edirdik ki, bərpa olunar. Amma olmadı.

Maliyyə qoyan insanlar da gördülər ki, əhəmiyyətsiz çempionatdır. Şamaxı şəhər icra başçısı Tahir müəllim çox istəyirdi ki, sponsor tapsın birinci divizionda iştirak edək. Bəzi sponsorlarla danışdı, amma nəticə olmadı".

O, Region Liqasında çalışmaq qərarını belə əsaslandırıb: ""Şamax"ı rəhbərliyi çox səmimi insanlar idi. Böyük fikirləri vardı.

Şəhərdə stadion inşa olunurdu. Ona görə də Region Liqasında işləməyə qərar vermişdim. Düşünürdüm ki, gələcək üçün yaxşı perespektiv var".

Kərimov bundan sonra nə etməyi düşünürsünüz sualına isə belə cavab verib: "İndiki vəziyyətdə oturub gözləyirik. Başqa nə edə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!