II Divizionun yaradılması ilə bağlı AFFA-dan AÇIQLAMA

7 Yanvar 2021 20:20 Region Liqası 1 572
II Divizionun yaradılması ilə bağlı AFFA-dan AÇIQLAMA

"Belə məsələlərin qəbul olunması ilə bağlı səlahiyyət yalnız İcraiyyə Komitəsindədir".

Bu sözləri Sportinfo.az-a açıqlamasıında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlqalər şöbəsinin rəhbəri Firuz Abdulla deyib.

O, bu mövsüm keçirilməyən Region Liqasının ləğv edilməsi və II Divizionun yaradılması perspektivi barədə federasiyanın mövqeyinə aydınlıq gətirib.

Sitat: «İK-nin son iclasından cəmi 2 həftə keçib. Son iclasda isə ümumiyyətlə, bu məsələ müzakirə mövzusu olmayıb. Pandemiya ilə bağlı, bilirsiz ki, bütün turnirlərin keçirilməsində problem var.

AFFA-nın təşkilatçısı olduğu aşağı yaş qrupları üzrə çempionatlar keçirilmir. Region Liqasında yeni mövsüm başlamayıb. Hələlik turnirlərin keçirilməməsilə bağlı problemlər pandemiya ilə bağlıdır. Amma hər hansı yeni turnirin başlaması müzakirə mövzusu deyil».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı