Futbol bu rayona "Süsən"lə qayıdır - FOTO

15 Dekabr 2020 18:00 Region Liqası 1 193
Futbol bu rayona "Süsən"lə qayıdır - FOTO

Zəngilanın futbol komandalarından biri də “Süsən” olub.

Sportinfo.az xəbər verir ki, bu klub 80-cı illərdə rayonun idman həyatında öz çəkisi ilə iz qoyub.

“Süsən” 1983-86-cı illər aralığında 3 dəfə ard-arda rayon çempionu adını qazanıb. Həm də 1982-88-ci illər arasında 3 dəfə rayon kubokunun qalibi olub.

"Süsən"in yeni mövsümdən Region Liqasında iştirakı gözlənilir. AFFA bununla bağlı müvafiq tədbirlər planı işləməkdədir.

Region Liqasında Qarabağ zonası yaradılacaq və Zənginlanla yanaşı, erməni işğalından qurtarılan digər rayonların komandaları da burada mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti