O, yeni mövsüm ərəfəsində “Qəbələ”yə geri dönəcək

22 May 2020 14:36 Qəbələ 603
O, yeni mövsüm ərəfəsində “Qəbələ”yə geri dönəcək

“Adeniyi əməliyyat olunmuşdu, hazırda individual şəkildə bərpa dövrü keçir”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Qəbələ”nin prezidenti Fariz Nəcəfov icarə əsasında “Kiryat-Şmona”nın (İsrail) formasını geyinən Ceyms Adeniyi barədə danışarkən deyib.

Adeniyinin “Qəbələ” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. Klub prezidenti nigeriyalı hücumçunun mövsümün sonunda komandaya qayıdacağını söyləyib.

Lakin 28 yaşlı oyunçunun “Qəbələ”də qalıb-qalmayacağı hələ bəlli deyil: “İsraildə komandalar məşqlərə başlayıblar və çempionatın bərpası ilə bağlı qərarı gözləyirlər.

Ceyms təxminən 3 həftə sonra kollektivlə məşqlərə qoşula bilər. Bu, İsrail klubunun həkimlərinin verdiyi məlumatdır.

Futbolçunun “Qəbələ” ilə bağlı məsələsinə gəlincə, vəziyyət ona olan təkliflərdən asılıdır. Təbii ki, yeni mövsüm ərəfəsində Adeniyi “Qəbələ”yə geri dönəcək, daha sonra necə olacağını isə zaman göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti