Tanınmış "Qəbələ"li getdi

8 Aprel 2020 09:00 Qəbələ 944
Tanınmış "Qəbələ"li getdi

TV8 ekranlarında yayımlanan “Survivor” yarışmasında bu həftə adaya vida edən şəxsin adı bəlli olub.

Sportinfo.az xəbər verir ki, SMS səsverməsinə çıxan “Məşhurlar” komandasının iştirakçısı, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev uduzub.

Bazar günü keçirilən seçimdə "Qəbələ"li Pərviz və Ezgi SMS səsverməsinə namizəd göstərilmişdi. Ancaq Ezgi ilə Aycan daha sonra həftənin ən yaxşı iştirakçısı seçildiyindən səsverməyə çıxacaq namizədlərin adı dəyişmişdi. Belə ki, Aycan Merti, Ezgi isə Ersini adada görmək istəməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi