"Qəbələ"də çox şeylər etdi, gedişinə hamı pis oldu"

28 Yanvar 2020 00:52 Qəbələ 1 563
"Qəbələ"də çox şeylər etdi, gedişinə hamı pis oldu"

Sportinfo.az "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsini təqdim edir:

- "Qəbələ" Türkiyədəki toplanış zamanı son yoxlama görüşündə "Konkordiya"ya (Rumıniya) ilə 2:2 hesablı heç-heçə oynadı. Qollardan birini də siz vurdunuz. Son matçla bağlı təəssüratlarınız necədir?
- Həmin görüş toplanışın son qarşılaşması idi. Məncə, yaxşı oyun keçdi. Bir neçə qol imkanlarımız oldu ki, heç onlardan istifadə edə bilmədik. Yaxşı futbol oynadığımızı düşünürəm.

- Dörd yoxlama görüşündən ikisində qalib gəldiz, birində uduzdunuz, digərində heç-heçə etdiz. Sizcə, hansı matçda daha yaxşı oynadınız?
- "Çayka"nı 3:0 hesabı ilə udduğumuz matçı yaxşı oynadıq. Son oyunumuz da pis deyildi. Əslində, bütün qarşılaşmalarda həm pis, həm də yaxşı cəhətlərimiz oldu. Ümumilikdə, toplanışımız yaxşı keçdi. Ümidvaram ki, yoxlama oyunlarının bəhrəsini çempionatda görərik.

- "Qəbələ"ni çempionata hazır hesab etmək olar?
- Demək olar ki, hazırıq. Hər şey də qaydasındadır. Ancaq yoxlama matçları ilə çempionat oyunları tam fərqlidir. Ona görə də hər şeyi zaman göstərəcək.

- Komandadan ayrılan yeganə futbolçunuz Davit Volkov oldu. Gürcü futbolçunu əvəz edə biləcəksiniz?
- Volkov bizim üçün vacib oyunçu idi. Məncə, "Qəbələ"də olduğu müddətdə komanda üçün çox şeylər etdi. Komandamıza da tam alışmışdı. Onun gedişinə hamı pis oldu. Amma bu futboldur, bu gün burdasan, sabah başqa yerdə.

- Maraqlıdır ki, komandaya gələn yeganə futbolçu komandanın öz yetirməsi olan Ehtiram Şahverdiyevdir. Onun komandaya xeyri dəyəcək?
- Ehtiram Şahverdiyev komanda üçün tanış simadır. Yoxlama oyunlarında da pis təsir bağışlamırdı. Komandaya xeyir verəcəyini düşünürəm. O, istedadlı futbolçulardandır.

- "Qəbələ" ilk yarını turnir cədvəlinin yeddinci pilləsində başa vurdu. Necə düşünürsünüz, qışdan sonra mövqeyinizi yaxşılaşdırmaq mümkündür?
- Məqsədimiz bacardıqca irəliyə doğru getməkdir. Bunun üçün də əlimizdən gələni edəcəyik.

- Klublarımız qış transfer bazarında o qədər də aktiv olmadı. Sizin diqqətinizi daha çox çəkən hansı transfer oldu?
- Diqqətçəkən transfer elə Davitin "Zirə"yə keçməsi oldu (gülür) apasport.az.

Digər Xəbərlər
Xəbər Lenti