COP29

"Heç kimi söyməmişəm, döyməmişəm" - Nə baş verir?

27 Sentyabr 2023 02:40 Qəbələ 718
"Heç kimi söyməmişəm, döyməmişəm" - Nə baş verir?

Azərbaycan Premyer Liqasının yeddinci turu çərçivəsində baş tutan "Qəbələ” - "Qarabağ” matçı maraqlı olması ilə yanaşı, gərginliyi ilə yadda qaldı.

Qəbələ şəhər stadionunda keçirilən görüşün xüsusən də ən diqqət çəkən hissəsi 42-ci dəqiqədə "Qarabağ”ın müdafiəçisi Kevin Medinanın rəqib futbolçu Bilel Auşeriya ilə mübarizəsindən sonra baş verənlər oldu.

Həmin an hər iki tərəfin texniki zonasında yer alan məşqçilər və futbolçular meydana girdi, qalmaqal yaşandı. Nəticədə "Qarabağ”dan baş məşqçi Qurban Qurbanovla Medina, "Qəbələ”dən isə köməkçi məşqçi Rasim Ramaldanov qırmızı vərəqə gördü.

Sportinfo.az xəbər verir ki, Ramaldanov qaynarinfo-ya açıqlamasında həmin an yaşananlardan, qırmızı vərəqə ilə cəzalandırılmasından danışıb.

"Meydançaya girib futbolçuları ayırmağa çalışdım. Medinaya yaxınlaşıb ondan soruşdum ki, "Niyə vurusan”. Meydançaya daxil olmağıma görə hakim qırmızı vərəqə göstərdi.

Emosional oyundur, mənə qırmızı vərəqə göstərilirsə, hamıya şamil olunmalıdır. Çünki hər iki komandanın bütün məşqçiləri və futbolçuları meydançada idi”.

Ramaldanov AFFA-nın İntizam Komitəsi tərəfindən 4-5 oyunluq cəza alarsa, bununla razılaşmayacağını da söyləyib:

"Sözsüz ki, razılşamayacağam. Cəzanı nəyəsə görə verərlər. Heç nə etməmişəsə…

Kənardan dayanıb baxmaq da olmur. Meydançaya girdim ki, futbolçuları ayırım. Emosiyadır, belə ola bilər. Heç kimi söyməmişəm, döyməmişəm”.

Maraqlıdır, son vaxtlar "Qəbələ”də nə baş verir? Bir neçə tur öncə baş məşqçi Elmar Baxşıyev və onun köməkçisi Xaqani Məmmədov da qırmızı vərəqə ilə cəzalandırılmışdı. Bunun komandanın mövsümə uğursuz başlaması ilə hər hansı əlaqəsi varmı:

"Bütün klublarda olur. Sadəcə, bizdə ardıcıl oldu. Futbol emosional bir oyunudur.

Biz onsuz da, keçən və ondan əvvəlki ildə də mövsümə uğursuz başlamışdıq. Belə hallarda insan özünən asılı olmayaraq kənardan nəsə demək istəyir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"