Qurban Qurbanov “Qarabağ”ın başında yer alacaqmı?

30 Noyabr 2020 20:00 Qarabağ 2 653
Qurban Qurbanov “Qarabağ”ın başında yer alacaqmı?

Bilindiyi kimi, Avropa Liqasının qrup mərhələsində İsrailin Təl-Əviv “Makkabi”si qarşılaşacaq “Qarabağ”ın Türkiyəyə səfər proqramı müəyyənləşib.

Ağdam təmsilçisi V tur matçının baş tutacağı İstanbula dekabrın 2-də gedəcək.

Komandanı ev oyunu üçün qardaş ölkəyə aparacaq təyyarənin saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından hərəkət etməsi gözlənilir.

Azərbaycan çempionunun həmin gün qarşılaşmanın oynanılacağı “Başakşəhər Fatih Terim” stadionunda son məşqi olacaq.

“Makkabi” ilə görüşün ertəsi günü Azərbaycan çempionu İstanbuldan Bakıya deyil, birbaşa Qəbələyə yollanacaq. Çünki ağdamlılar dekabrın 6-da Premyer Liqanın XII turunda “Qəbələ”nin qonağı olacaq.

Dekabrın 3-də keçiriləcək “Qarabağ” –“Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.

Dünən “Səbail“lə oyunda stadionda olmayan Qurban Qurbanovun bu səfərdə yer alıb-almayacağı dəqiqləşəcək.

Bir neçə gün öncə korponavirusa yoluxan və klubun Suraxanıda yerləşən bazasında özünü sosial izolyasiya edən baş məşqçi günün ilk yarısında ikinci dəfə test verəcək.

Bu, həmçinin oğlu Musa Qurbanlıya aiddir. Ötən 2 günlə müqayisədə hər ikisi özünü nisbətən yaxşı hiss edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!