Qurban Qurbanovun səhhətində problem yarandı, oyuna gəlmədi

29 Noyabr 2020 16:10 Qarabağ 507
Qurban Qurbanovun səhhətində problem yarandı, oyuna gəlmədi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun "Səbail"lə səfər oyununda texniki zonada yer almayıb.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.

Amma bunun koronavirusla bağlı olmadığı bildirilib. Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər.

Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.

"Qarabağ"ı "Səbail"lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq