“Qarabağ”ın klassik mərkəz hücumçusu yoxdur"

09:20 Qarabağ 1 248
“Qarabağ”ın klassik mərkəz hücumçusu yoxdur"

SSKA-nın (Sofiya) müdafiəçisi Teodor İvanov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la heç-heçə (0:0) etdikləri matçdan sonra fikirlərini bölüşüb.

Sportinfo.az Bolqarıstanın sportal.bg saytına istinadən xəbər verir ki, bolqar futbolçu cavab görüşünün çox gərgin keçəcəyini bildirib:

“Komandanın oyunundan razıyam. Böyük ürək və xarakter nümayiş etdirdik.

“Qarabağ” çox güclü rəqibdir. Hamı yaxşı oynadığımı deyir, amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərəm.

Cavab oyunu ölüm-dirim mübarizəsi olacaq. Qalib gələn növbəti mərhələyə yüksələcək.

Bu, Qbaminlə birlikdə keçirdiyimiz ikinci matç idi. Aramızdakı anlaşma yaxşı alınır.

O, yüksək səviyyədə çıxış edib və məndən daha təcrübəlidir. Bu da mənə kömək edir, onunla birlikdə özümü daha inamlı hiss edirəm.

“Qarabağ”ın klassik mərkəz hücumçusu yoxdur. Onların bütün futbolçuları sürətli və çevikdirlər.

Dərinlikdən qoşulur, aldadıcı hərəkətlər edirlər. Xüsusilə ikinci hissədə meydana daxil olan sol vinger (yeni transfer Renaldo Sefas nəzərdə tutulur - red.) məni təəccübləndirdi.

O, çox yaxşı və iti futbolçudur. Amma onun öhdəsindən gələ bildik. Ümid edirəm ki, cavab oyununda da bunu bacaracağıq”.

O əmin olduğunu deyib ki, cavab görüşündə tribunalar dolu olacaq: “Biz də azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

SSKA ilə “Qarabağ” arasında cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!