"Qarabağ" bu xəbəri Avropadan aldı - O, belçikalı olacaq

02:00 Qarabağ 99
"Qarabağ" bu xəbəri Avropadan aldı - O, belçikalı olacaq

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək ÇSKA - "Qarabağ" görüşünün hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı Belçikadan olan referi Bram Van Drisşe idarə edəcək.

Ona həmyerliləri Mişel Seeldraeyers və İv De Neve kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Van Damme yerinə yetirəcək.

VAR hakimi Bert Put, AVAR funksiyasını isə Vesli De Kremer icra edəcək.

ÇSKA Sofiya – "Qarabağ" cavab görüşü iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyadakı "Vasil Levski" Milli Stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 18:10 Çək və bizə göndər!