“Qarabağ”ın fransızı: “Asan olmayacaq” - AÇIQLAMA

00:30 Qarabağ 1 592
“Qarabağ”ın fransızı: “Asan olmayacaq” - AÇIQLAMA

“Avropa Liqası fərqli turnirdir, burada hər oyunun öz spesifikası var.

Daha çox çalışmalı və növbəti mərhələyə yüksəlmək üçün səfərdə qələbə qazanmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir Avropa Liqasının II təsnifat mərhələsində Bakıda ÇSKA (Sofiya) ilə qolsuz bərabərliklə başa çatan ilk oyunu dəyərləndirərkən deyib.

34 yaşlı futbolçu qarşılaşmanın çətin keçdiyini bildirib:

“Qalib gəlmək bizim üçün vacib idi. Çox yaxşı rəqibə qarşı çətin oyun geridə qaldı.

Qol imkanlarından yararlanmaq bir qədər çətin oldu. Lakin ümumilikdə komandamız çox inamlı təsir bağışladı.

Qarşıda bizi daha bir vacib görüş gözləyir. Səfərdəki matça yaxşı hazırlaşmalı və oradan qələbə ilə dönməliyik.

Asan olmayacaq, amma bunu bacarmaq üçün əlimizdən gələni edəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 18:10 Çək və bizə göndər!