Sergen Yalçın "Qarabağ"dan hansı futbolçunu bəyəndi?

27 Noyabr 2020 12:40 Qarabağ 1 163
Sergen Yalçın "Qarabağ"dan hansı futbolçunu bəyəndi?

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Mahir Emreli "Beşiktaş"a təklif edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Yeni Asır" məlumat yayıb.

Türkiyəli həmkarlarımızın yazdığına görə, İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın 23 yaşlı forvardı bəyənib.

Lakin hələ iki klub arasında təmasların qurulmadığı bildirilib. Yalçının Emrelini alternativləri arasına əlavə etdiyi də vurğulanıb.

Mahir Emreli Azərbaycan Premyer Liqasında 10 turdan sonra 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti