"Qarabağ"la oyun öncəsi daha 3 nəfər koronavirus

24 Noyabr 2020 21:20 Qarabağ 530
"Qarabağ"la oyun öncəsi daha 3 nəfər koronavirus

Avropa Liqasının I qrupunun IV turunda "Qarabağ"la qarşılaşacaq "Sivasspor" koronavirus testlərinin nəticəsini açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın məşqçisində və 2 futbolçusunda infeksiya aşkarlanıb.

Virus aşkarlanan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar. Həmçinin daha əvvəl analiz nəticəsi müsbət çıxmış oyunçulardan birinin sağaldığı bildirilib. Hazırda komandada koronavirus xəstəsi olan 7 futbolçu var.

"Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti