Hazırda “Qarabağ”ın ən yaxşı futbolçusu kimdir?

23 Oktyabr 2020 18:41 Qarabağ 583
Hazırda “Qarabağ”ın ən yaxşı futbolçusu kimdir?

Avropa Liqasının qrup mərhələsinin I turundan sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvələ “Tottenhem”in koreyalı legioneri Hyunq-Min Son başçılıq edir.

Asiyalının hesabında 4231 xal var. Mikel Merino (Real-Sosyedad) 3761 xalla 2-cidir. İlk “üçlüy”ü Fransa “Lill”inin forvardı Yusuf Yazıçı qapayır – 3714 xal.

Avropa Liqasın qrupundakı yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın ən yaxşısı Patrik Andradedir. 644 xala malik legioner 357-cidir.

Maksim Medvedev 623 xalla 367-cidir. Ondan 22 pillə geri qalan Abbas Hüseynov isə 571 xala malikdir.

Digər Xəbərlər
Xəbər Lenti