"Netfçi" "Qarabağ"a söz atdı, cavabı nə oldu? - FOTO

22 Sentyabr 2020 16:56 Qarabağ 1 499
"Netfçi" "Qarabağ"a söz atdı, cavabı nə oldu? - FOTO

Sentyabrın 20-də Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi oyunu Suraxanıda keçirilib.

"Azərsun Arena"da son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Derbidən sonra "Neftçi" rəsmi sosial şəbəkə hesabından əbədi rəqibinə heç də birmənalı qarşılanmayan mesaj ünvanlayıb: "Meydanda oynanılan istənilən matçın qalibi "Neftçi"dir!".

Son illərin dəyişməz ölkə çempionu isə qarşı tərəfin statusuna bir başqa cür cavab verib: "Birlikdə daha güclü olacağıq".

Belə başa düşmək olar ki, "Neftçi" hakimlərin Ağdam təmsilçisinə simpatiya bəsləməsinə işarə vurur. "Qarabağ" bu atmacaya əhəmiyyət versəydi, yəqin ki, "birlikdə daha güclü olacağıq" yazmazdı.

Bu, əslində, "Neftçi"nin dirilişinə ümid və inamı ifadə edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!