Mahirin yerinə hücumçu alınmaması işində imza kimindisə...

17 Sentyabr 2020 13:10 Qarabağ 1 254
Mahirin yerinə hücumçu alınmaması işində imza kimindisə...

Mahir Əmrəlinin yerinə hücumçu alınmaması işində imza kimindirsə, bu məğlubiyyətin səbəbkarı da odur və ya onlardır.

Baş məşqçidi, menecerlərdi, idarə heyətidi, klub prezidentidi fərqi yoxdu. Kimdisə, günah məhz ondadı.

Məsələnin mahiyyəti hücumçu alınmaması yox, işə qeyri-ciddi, hətta deyərdim qeyri-peşəkar yanaşmadı. Hələ bir ay əvvəl "Sabah"la Premyer-Liqanın ilk tur matçından sonra Qurban Qurbanova ilk sualım hücumçu transferi idi, sonra da dəfələrlə bunu yazdım, təkrarladım.

Lap nə qədər yaxşı olursa-olsun, cəmi bir hücumçunun (Suarez, Lukaku, Levandovski və digərləri bağışlasınlar ki, bu odun parçasına da hücumçu deməli oluram) ümidinə qalmaq avantüradan başqa bir şey deyil. Avantüra isə bir dəfə olar, iki dəfə olar, amma sonsuza qədər davam edə bilməz.

Bəli, norveçlilər cığallıq elədilər, həm klub, həm də dövlət olaraq da ikili standartlara əl atdılar, özləri "axırıncı yol" a qoydular. Amma o təkbətəklər və 3 metrdən vurulan zərbələrə ki mane olmadılar. Ona nə deyək? Onları qola çevirməyə nə söz?

Heç nə

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti