"Qarabağ" bu gün nə edəcək?

15 Sentyabr 2020 16:56 Qarabağ 1 148
"Qarabağ" bu gün nə edəcək?

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Cənubi Kiprdə baş tutacaq “Qarabağ” – “Molde” (Norveç) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu gün – sentyabrın 15-də, Bakı vaxtıyla 20:15-də matçın baş tutacağı “AEK Arena”da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 20:30-da isə Azərbaycan çempionu oyun öncəsi son məşqə çıxacaq.

Rəqib komandanın baş məşqçisi Erlinq Moe isə Bakı vaxtı ilə18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra Norveç təmsilçisi son hazırlıq prosesinə start verəcək.

Sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Molde” matçına Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!