"Mən ona dedim ki..."

2 Dekabr 2023 03:10 Qarabağ 1 434
"Mən ona dedim ki..."

"Qarabağ"ın legioneri Kevin Medina Avropa Liqası qrup mərhələsinin "Molde" ilə matç haqda sualları cavablandırıb.

Sportinfo.az kolumbiyalı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

- Yaxşı rəqibə qarşı oynadıq. Onlar ev oyunlarında xüsusilə təhlükəli olurlar. Bunun şahidi olduq. Amma biz istəyimizə nail olduq. Əsas budur.

- Zədən nə yerdədir?

- Ağrılarım çoxdur. Bakıda tibbi müayinədən sonra tam məlumatımız olacaq.

- Məcburi əvəzetmə olmasaydı, son dəqiqələr belə dramatik keçərdi?

- Bu, futboldur. Bəlkə mən meydanda olsaydım, yenə eyni nəticə qeydə alınardı. Qismət beləymiş.

- Hesabda önə keçdikdən sonra üstünlük rəqib tərəfə keçdi. Bu, nə ilə bağlı idi?

- Rəqib güclü komanda idi. Hava, meydança, ümumi şərtlər deməzdim ki, bizim xeyrimizə idi. Bizim məqsədimiz lazım olan nəticəni qazanmaq idi. Komanda məğlub durumda olarkən belə, sona qədər xarakter göstərdi.

- Meydanı gec tərk edib sarı vərəqə gördün və cəzalı duruma düşdün. Buna nə lüzum var idi?

- Deyirsiz ki, nə lüzum var idi. Mənsə deyirəm ki, nə lüzum var idi ki, hakim mənə sarı vərəqə göstərdi? Referi həmin məqamda deyirdi ki, meydanı tez tərk elə. Məndə ona dedim ki, ağrılarım var, meydanı tez tərk edə bilmirəm. Hakimlər bəzən əndazəni aşırlar. Futbolçu fikrini bildirir, hakimlər isə baş rolda olmaq istəyirlər. Sarı vərəqəni bilərəkdən almadım.

- İmkanın olsaydı, özün həmin epizoda görə hakimə sarı vərəqə verərdin?

- Yox, mən ona göstərməzdim. Çünki, başa düşərdim ki, zədəsi var.

- Həmin hərəkətinə görə...

- Bəli, göstərərdim.

Digər Xəbərlər
Xəbər Lenti