COP29

UEFA “Qarabağ”dan yazdı: "Məğlubiyyətdən xilas olmaq üçün güc tapdılar"

2 Dekabr 2023 09:20 Qarabağ 1 048
UEFA “Qarabağ”dan yazdı: "Məğlubiyyətdən xilas olmaq üçün güc tapdılar"

UEFA-nın rəsmi saytı Avropa Liqasının H qrupunun 5-ci turu çərçivəsində keçirilən “Molde” - “Qarabağ” oyunu (2:2) haqqında yazıb.

Sportinfo.az xəbər verir ki, yazıda sözügedən oyun haqda bu fikirlərə yer verilib:

“Qarabağ” erkən pley-offa yüksəlmək fürsətini əldən verdi. Bunun üçün “Molde”ni səfərdə məğlub etməli idilər.

Juninyonun möhtəşəm driblinqlə solo irəliləyiş etdiyi zaman erkən qol vuran Azərbaycan klubu 82-ci dəqiqəyə kimi bu hədəfə doğru uğurla irəliləmişdi. Lakin sonradan "Qarabağ" 5 dəqiqə ərzində 2 qol buraxdı.

Bu qolları Kristian Eriksen vurdu. Bununla belə, Qurban Qurbanovun komandası məğlubiyyətdən xilas olmaq üçün güc tapdı.

Əlavə olunmuş dəqiqələrində Bəhlul Mustafazadə qeyri-ənənəvi standart vəziyyətdən fərqləndi.

Beləliklə, xalları bərabər olan “Qarabağ” şəxsi görüşlərdə “Molde” üzərində üstünlüyü təmin etdi. “Hekken”lə son turda evdəki matçda qalib gəlsə, mütləq pley-offa yüksələcək”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"