COP29

"Hər şeyin öz vaxtı var, təəccübləndiyimi söyləməyəcəm"

20 May 02:20 Qarabağ 788
"Hər şeyin öz vaxtı var, təəccübləndiyimi söyləməyəcəm"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiyanın championat.com saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qolkiper əvvəlcə Ağdam təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda sualı cavablandırıb: "Hər şeyin öz vaxtı var".

Rusiyalı qapıçı sabiq klubu "Bayer"in bu mövsüm Almaniya çempionu olması və Avropa Liqasının finalına vəsiqə qazanmasına da toxunub:

“Bayer” - “Roma” matçına baxmamışam. Təəccübləndiyimi söyləməyəcəm, amma "Bayer"in məğlubiyyətsizlik seriyasının davam etməsinə şadam

. İlk oyundan sonra çox az adam "Bayer"in daha da irəliləyəcəyinə şübhə edirdi.

Təbii ki, mövsümdən əvvəl “Bayer”in 49 oyunluq məğlubiyyətsizlik seriyası yaşayacağını gözləmirdim.

Amma komandanın ən yüksək yerlər uğrunda mübarizə aparacağını gözləyirdim”.

Lunyov ötən yay "Bayer"dən ayrıldıqdan sonra azad gent kimi "Qarabağ"a keçib. O, bu mövsüm Avropa Liqasının qrup mərhələsində və 1/8 finalında "Qarabağ"ın heyətində "Bayer"ə qarşı oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 16:10 Çək və bizə göndər!
22 İyun 10:40 Səmərəni burada gör!