İngiltərə klubu onu "Qarabağ"ın "əlinin içindən oğurladı"

3 Aprel 2020 10:10 Qarabağ 1 679
İngiltərə klubu onu "Qarabağ"ın "əlinin içindən oğurladı"

"Düdelanj"ın hücumçusu Danel Sinani karyerasını növbəti mövsümdən İngiltərədə - "Norviç Siti"də davam etdirəcək.

Premyer Liqa klubu ilə anlaşan 22 yaşlı forvard karyerasında böyük addım atdığını deyib:

"Çox xoşbəxtəm. İngiltərə Premyer Liqası dünyanın ən yaxşı çempionatıdır. Karyeramda böyük addım atdım".

Lüksemburq millisinin üzvü bu mövsüm Avropa Liqasındakı çıxışı ilə parladı. O, turnirin qrup mərhələsində 4 qol, 1 assist performansla Avropa klublarının diqqətini çəkməyi bacarmışdı.

"Düdelanj" Avropa Liqasının qrupunda "Sevilya", APOEL və "Qarabağ"la eyni qrupda mübarizə aparırdı. Sinani 2017-ci ildən "Düdelanj"da çıxış edirdi.

Sportinfo.az-ın məlumatına görə, "Qarabağ" da onunla yaxından maraqlanırdı. O, hələ ilyarım öncə Qurban Qurbanovun diqqətini çəkmişdi. Tərəflər arasında ilkin danışıqlar da olmuşdu. Amma yaxşı şərtlər irəli sürən İngiltərə klubu Sinanini Azərbaycan çempionunun əlindən aldı.

Digər Xəbərlər
Xəbər Lenti