"Qarabağ"dan SON DƏQİQƏ TRANSFERİ - 3,5 illik müqavilə

20 Yanvar 2020 14:40 Qarabağ 2 934
"Qarabağ"dan SON DƏQİQƏ TRANSFERİ - 3,5 illik müqavilə

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" transfer çalışmalarını davam etdirir.

İspaniya mətbuatının yaydığı məlumata görə, Ağdam təmsilçisi La Liqada oynayan "Leqanes"in hücumçusu Kvabena Ovusunu transfer etməyə yaxındır.

Müqavilə ilə "Leqanes"ə məxsus olan 22 yaşlı forvard cari mövsümün ilk yarısını "Kordoba"da icarə əsasında keçirib.

La Liqa təmsilçisi artıq Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib. Cari mövsüm "Kordoba"nın heyətində 16 oyuna çıxan K.Ovusu 6 qola imza atıb.

"Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero da Azərbaycan klubuna ötən ilin yayında məhz "Kordoba"dan transfer olunub.

Sportinfo.az-ın məlumatına görə, Ovusu bu axşam Antalyaya - "Qarabağ"ın düşərgəsinə gələcək. Onunla 3,5 illik müqavilə imzalanacaq. Azərbaycan çempionu bu keçidə görə "Leqanes"ə kompensasiya ödəyəcək. Afrikalı forvardın qiyməti "transfermarket" saytında 300 min avro olaraq göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!