“Lotoreya”nı uduzan “Qarabağ” Avropa Liqasıyla vidalaşdı

31 İyul 00:50 Qarabağ 894
“Lotoreya”nı uduzan “Qarabağ” Avropa Liqasıyla vidalaşdı

“Qarabağ” bu gün Avropa Liqasında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsində ÇSKA (Sofiya) ilə qarşılaşıb.

Bu komandalar arasında ilk görüş Bakıda baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb.

Qurban Qurbanovun komandasıbBeroedə baş tutan cavab görüşündə qələbə qazanmaqla mərhələ adlamağa çalışıb.

Səfərdə istənilən hesablı qələbə “Qarabağ”ı növbəti raunda daşıyacaqdı. Amma səfərdəki oyunda da hesab açılmayıb.

Hətta əlavə vaxtda da tərəflər qalibi müəyyənləşdirə bilməyiblər.

11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ÇSKA mərhələ adlayan tərəf olub. Azərbaycan təmsilçisi isə Avropa Liqası ilə vidalaşıb.

22:00.SSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) 0:0

İlk oyun - 0:0

CSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy

Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto

Baş məşqçi: Xristo Yanev

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Bran van Den Dries (Belçika)

Sofiya. Vasili Levski Milli Stadionu

Digər Xəbərlər
Xəbər Lenti