“Mançester Siti”nin sabiq qapıçısı Yunanıstan klubunda

31 İyul 01:20 İngiltərə 489
“Mançester Siti”nin sabiq qapıçısı Yunanıstan klubunda

“Mançester Siti”nin sabiq qapıçısı Stefan Orteqa karyerasını Yunanıstanda davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper “Olimpiakos”a transfer olunub.

Orteqanın son klubu “Nottingem Forest” olub. O, bu ilin fevralından etibarən “meşəçilər”in formasını geyinib. 2025/26 mövsümünün başa çatmasından sonra isə azad agent statusu alıb.

Almaniyalı qapıçı ötən mövsüm İngiltərə Premyer Liqasında cəmi üç oyunda meydana çıxıb. O, bu matçlarda dörd qol buraxıb, bir oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti