Hücumçusunu 70 milyon avroya satır - Premyer Liqa təmsilçisinə

31 İyul 01:30 İngiltərə 474
Hücumçusunu 70 milyon avroya satır - Premyer Liqa təmsilçisinə

“Real”ın hücumçusu Qonsalo Qarsiya karyerasını İngiltərədə davam etdirəcək.

Sportinfo.az COPE-yə istinadən xəbər verir ki, “kral klubu” 22 yaşlı futbolçunun transferi ilə bağlı “Fulhem”lə razılığa gəlib.

London təmsilçisi bu keçid üçün təxminən 70 milyon avro ödəyəcək. Bununla belə, “Real” futbolçunu gələcəkdə yenidən heyətinə qatmaq üçün prioritet geri alış hüququnu özündə saxlayıb.

İspaniyalı forvard ötən mövsüm “Real”ın əsas komandasında bütün turnirlərdə 39 oyuna çıxaraq, 8 qol vurub. Bu qollardan 6-sı La Liqa matçlarında qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti