Yeni baş məşqçi axtarır - Premyer Liqa klubunda SON DURUM

15:20 İngiltərə 121
Yeni baş məşqçi axtarır - Premyer Liqa klubunda SON DURUM

“Nyukasl”ın baş məşqçisi Eddi Hou postundan ayrılmağa yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi baş məşqçi dəyişikliyi ilə bağlı artıq qərar verib və hazırda Hounun əvəzləyicisini axtarır.

48 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Nyukasl”a rəhbərlik edir.

Komanda ötən mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxış edib. “Sağsağanlar” Eddi Hounun rəhbərliyi altında 49 xal toplayaraq, mövsümü turnir cədvəlinin 12-ci pilləsində başa vurub.

“Nyukasl” avqustun 8-də növbəti yoxlama oyununa çıxacaq. İngiltərə təmsilçisi həmin matçda “Valensiya” ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti